Sonuncu gəmi Qara işıq (Birinci Hissə) · страница 1 из 1
Страница 1 из 1

Qara işıq (Birinci Hissə)

16 июля 2018, 16:19

12.07.2018 [17:00]

İş vaxtımız bitmişdi. Mən (Cavid) və iş yoldaşım İslam ofisə qayıdırdıq. Ofisə çatmağımıza az qalmış xəbər aldıq ki, şəhərin bəzi bölgələrində işıqlar sönüb. Bizim ofisdə qaranlığa qərq olmuşdu. Ofisə çatdıq. Həmişə ki kimi bizi ilk qarşılayan qrup rəhbəri (Səmayə) idi.

[Şən səs tonu ilə]
Səmayə: Axşamınız xeyir uşaqlar.
Biz: Hər vaxtın xeyir Səmayə.

Bu minvalla hamı ilə görüşüb yerimizdə oturduq. Digər yoldaşımız İsmayıl məzuniyyətə çıxmışdı. Çox darıxmışdıq onunçün...[dərindən ah çəkir]
Mühasibimiz Xalidə xanım isə gözlənilmədən bir idea irəli sürdü.

Xalidə: Gəlin sabah bir yerdə dənizə, gəmiyə minməyə gedək!? Vəya başqa bir ideanız varsa deyin müzakirə edək.

Ofisə birdən səs-küy düşdü. Hərə bir söz danışmağa başladı. İdealar irəli sürüldü.

Mən: Yeyib-içək.
İslam: Çay süfrəsi yaxşıdır.
Xalidə: Ən yaxşısı gəmiyə minək. Onsuzda uzun müddətdir hamı bunu gözləyir.
Akif: Cafecity-ə gedək!?

Fikirlərimiz qarışıq idi. Hətta teatra getmək istəyən var idi. Sonda qərara gəldik ki, gəmiyə gedək. Həmişə olduğu kimi mən getmək istəmirdim. Nədənsə özümü qəribə hiss eliyirdim. Bu səfər dahada həvəssiz idim. Birdən zəng gəldi.

Ev: Xoş xəbər, işığlar yandı. Suda gəlir. Özüvü çatdır, amma gələndə çörəkdə al.

Bu zəngdən sonra, heçbir məsələ mənə marağlı deyildi. Hamı bir-bir yaxınlarına zəng elədi. Hərkəsdən xoş xəbər eşidirdik.

Akif: Razində hələki işıqlar yanır.
Elnurə: Bizdə sönmüyüb onsuz. (acıqlı-acıqlı gülüşlə)
İslam: Biz tərəfdə heçvaxt sönməz xalaoğlu.

Nəhayət saat 18:00 oldu və biz ofisi tərk elədik. Metroda tuneldə qalmaq bahasına olsa belə, evə tez çatmaq istiyirdim.