Halınızdan anlayacaq sadəcə 146 sözcük.
Sus. Yığ içinə hərşeyi. Sus. Sən susmağa məhkum zavallısan. 1-2 ay 3-4 il fərq eləməz bütün acını tut içində. İçindəki bağırtı qulaqlarını kar eləsə də sus. Yalvarıram sus. Sən danışdıqca səni zəif nöqtəndən vuracaqlar. Sus sən sus. Danışdıqca tükənəcəksən. Susduqca tükənəcəksən. Hər nə olursa olsun sən sus. Toxunma. Uzaqlaş. Həstərini içinə basdır. Nəfəs al. Nəfəs ver. Nəfəs al. Nəfəs ver. Sus. Nəfəsinin ahəngi içinə dolsun. Gözlərinlə gördüyün hər iyrənc hadisəni, mındar insanı hamısını hərşeyi unut. Başını boşalt. Ağrı başından keçsin ürəyinə dolsun. Ürəyin boşalsın. Mədəndəki kəpənəklər həyata vəda eləsin. Sus. Yavaş yavaş ayaqların uyuşsun. Canını alsalar belə sus. Xatırla. Divara endirdiyin o yumruqların. Axıtdığın hər göz yaşın. Hər bəlğəmli öskürəyin. Keçirtdiyin o əzab dolu dəqiqələrin. Hər səssiz bağırtın. Ağırıların. Yanıb kül olan xəyalların. İtən illərin. Məhv olan uşaqlığın. İtirdiyin hər doğman. Hər yalvarışın. Hər duan. Bütün varlığın. Mövcud olan hər hüceyrən. Sus sadəcə sus.